Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı dəyişib

Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı dəyişib


Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin komandanlığında dəyişiklik edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki. prezident Kasım-Jomart Tokayev Hərbi Dəniz Qüvvələrinin baş komandanı dəyişib. Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Məlumata görə. 2018-ci ildən respublikanın Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edən kontr-admiral Bekzhan Sakenovu general-mayor Serik Borambayev əvəz edib.

Qeyd edək ki, Serik Borambayev 16 aprel 1969-cu ildə Pavlodarda anadan olub. 1990-cı ildə Kiyev Ali Dəniz Siyasi Məktəbini bitirib.

2005-2007-ci illərdə - Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetində adyunkt olaraq təhsil alıb, Qazaxıstanın birinci prezidenti adına Milli Müdafiə Universitetində akademik kurslar keçib.

Mehman Mehdiyev
Xəbəri paylaş