Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT genişlənəcək

KTMT genişlənəcək


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dünyada artan gərginlik şəraitində genişlənə bilər".

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

Qeyd edək ki, 2002-ci ildə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Sonuncu fevral ayında iştirakını dayandıracağını açıqlayıb.

Bu arada Almatıda İmanqali Tasmaqambetov və Təşkilatın Daimi Şurasının üzvləri Müdafiə Nazirləri Şurasının, Parlament Assambleyası Şurasının, Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin və Xarici İşlər Nazirləri Şurasının iclasları keçirilib.

Görüşlər zamanı qəbul edilmiş sənədlərin, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının “Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə məqsədyönlü dövlətlərarası proqram haqqında” qərar layihəsinin, parlamentarilərin və xarici işlər nazirlərinin bəyanatlarının əhəmiyyəti qeyd edilib.

Fuad Hüseynzadə
Xəbəri paylaş