Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Onlar canlarını Vətən yolunda fəda etmiş şəhidlərimizdir

Onlar canlarını Vətən yolunda fəda etmiş şəhidlərimizdir


"Ötən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirilən əməliyyat zamanı cinayətkar şəxs tərəfindən 3 qəhrəman polisimizin qətlə yetirilməsi hər birimizi dərindən sarsıtdı. Neçə ailənin ocağı söndü, gənc igidlərimizin həyatı yarımçıq
qaldı. Həlak olan polislərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, ailələrinə Allahdan səbr diləyirəm".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, Azərbaycan polisi yarandığı gündən dövlətçiliyimizin keşiyində dayanıb, ərazi bütövlüyümüzə, dövlət suverenliyimizə qarşı bütün cəhdlərin qarşısını ləyaqətlə alıb, ictimai-siyasi sabitliyin əsas qarantına çevrilib:

"1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında, müstəqilliyimiz qorunub saxlanmasında polsimizin rəşadəti xüsusi yer tutur.

Ulu öndər Heydər Əliyev deyirdi ki, polisimiz həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qoruyur".

Vaqif Abdullayev bildirib ki, müstəqilliyin ilk illərində dövlətimizin suverenliyi təhlükə altına düşəndə polis öz şərəfli xidməti borcunu ödəyib:

"Ermənistanın Azərbaycana təcavüzü zamanı Azərbaycan polisi əsil qəhrəmanlıq göstərib, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Vətən yolunda canlarını fəda ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti 2000-dən çox şəhid verib, 3000-dən çox əməkdaşı isə yaralanıb. Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş 10-larla polis əməkdaşı var, eyni zamanda müxtəlif orden və medallarla təltif edilənlərin sayı isə 100-lərlədir".

Vaqif Abdullayev onu da vurğulayıb ki, Azərbaycan polisi Şuşada, Xankəndində, Xocalıda, 86,6 min kv.km ərazimizin hər bir nöqtəsində gecə-gündüz keşiş çəkir, vətəndaşlarımızın təhlükəsizliyi üçün qış-yay demədən öz xidmətlərinin başında yorulmadan dayanıb:

"Çox təəəssüf ki, bizim qürur mənbəyimiz olan polislərə güllə atmağa əli gələn
müxtəlif cinayətkar və kriminal şəbəkənin üzvləri hələ də qalmaqdadır, onlar müxtəlif təxribatçı qüvvələrin təhriki ilə Azərbaycanda ictimai sabitliyi pozmaq üçün hər cür iyrənc oyunlara getməyi belə özlərinə rəva bilirlər.

Şüvəlanda polislərimizi qətlə yetirən bu cinayət hadisəsi də bu təxribatın bir parçasıdır, dövlətşiliyimizə qarşı qəsddir.

Polisə güllə atan dövlətə, Vətənə qurğşun sıxır, Vətənə xəyanət edir.
Bu cür lənətə layiq cinayətkarların Azərbaycanda yaşamağa haqqı olmamalı, onlar ən ağır cəzaya layiq görülməldir.

Hesab edirəm ki, dövlətçilik yolunda canını fəda etmiş polislərimiz də şəhiddirlər və onlara da bu müqəddəs ad verilməlidir".

Anar Əliyev
Xəbəri paylaş