Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümüdür. Newscenter.az-ın xəbərinə görə, ordu quruculuğunun tarixinə nəzər salan Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanda ordu quculuğu sahəsində həyata keçirilən işlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ümumilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı:
"1971-ci ildə Heydər Əliyevin gərgin əməyi və böyük zəhməti hesabına Azərbaycanda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradıldı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev tərəfindən, ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atıldı və fərmanlar imzalandı".
Millət vəkili deyib ki, əsası Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hərb siyasəti bu gün cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev tərəfində uğurla davam və inkşaf etdirilməkdədir.
Anar Əliyev