Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya özünün qaranlıq dövrünə qədəm qoyub

Rusiya özünün qaranlıq dövrünə qədəm qoyub


"Rusiya özünün qaranlıq dövrünə qədəm qoyub desək, yanılmarıq. Ukrayna ilə müharibə fonunda ölkə daxilində terrorçu qrupların aktivləşəcəyi gözlənilən idi ki, artıq get-gedə bu proqnoz da özünü doğruldur".

Bu fikirləri Newscenter.az-a ƏHD Pratiyasının sədrinin müşaviri Azər Qasımov Dağıstanda baş vermiş terror aktını şərh edərkən səsləndirib. O bildirib ki, Moskvada baş verən terror hadisəsindən sonra Dağıstanın hədəf alınması Rusiyanın xaosa sürükləməsi planının tərkib hissəsidir:

"Xüsusən də kilsə və sinaqoqun hədəf alınması terror aktının təsir effektini artırmaq üçündür. Bu, dinlərarası qarşıdurmanın yaradılması planıdır ki, ən təhlükəli üsuldur".
Azər Qasımov deyib ki, Dağıstanda baş verən terror aktı Azərbaycanın sərhədlərinə yaxın olması faktı ilə də diqqətdə saxlanılması vacib məsələdir:

"Təbii ki, bunun bilavasitə Azərbaycana təsir effekti yox dərəcəsindədir. Amma sərhədimizdə baş verən belə hadisə arzuedilməzdir. Dağıstanda azərbaycanlıların mövcudluğunu da nəzərə alsaq heç arzu edilməz hadisədir. Azərbaycan-Rusiya sərhəddinin bağlı olması bizim üçün hələlik bu baxımdan müsbət fakt olduğunu da göstərir".

Süleyman
Xəbəri paylaş