Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın daxilində xaus və anarxiya yaratmaq cəhdləri davam edəcək

Rusiyanın daxilində xaus və anarxiya yaratmaq cəhdləri davam edəcək


"Rusiyanın ərazilərində, bir müddət əvvəl Moskvada, ötən gün isə Dağıstanda həyata keçirilən terror aktları bu ölkənin içində hazırlanan və dəstək görən qruplaşmaların işidir".

Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Rusiya dünyanın ən böyük ölkəsidir və çoxmillətli ölkədir:

"Sovetlər birliyi dövründə də Rusiyanın bəzi şəhərləri kriminal cinayət aləmi üçün əhəmiyyətini saxlayırdı. Bu ənənə sovetlər birliyi dağılandan sonra da davam etdi və müəyyən dövrlərdə qismən qarşısını alsalar da tam olaraq önünü kəsmək mümkün olmayıb. Bunları qeyd etməkdə məqsədim odur ki, hazırda ölkə müharibə şəraitindədir və belə bir vəziyyətdə güc strukturlarının işində boşluqlar mövcuddur. Sözsüz ki, belə bir vəziyyətdə yatmış cinayətkar hücrələr, dəstə və qruplaşmalar hər zaman hərəkətə gətirilə bilər. Bunun arxasında xarici qüvvələrin sifarişi ola bilmə ehtimalı daha çoxdur".

Ekspert deyib ki, daxildə mövcud hakimiyyətə qarşı və yaxud da yerli hakimiyyət uğrunda mücadilə aparan qüvvələrin çirkin planları üzərində sabitliyi pozmaq məqsədilə kriminal və digər qruplaşmaların hərəkətə gətirilməsi də ehtimallar arasındadır:

"Başqa versiyalar da olmamış deyil. Bütün bunlar bizə əsas verir ki deyək, Rusiyanın daxilində sabitlik qeyri müəyyən şərait ala bilər. Ölkənin ərazi böyüklüyünü nəzərə alsaq, müharibə şəraitindən qaynaqlanan bir çox problemləri də bura əlavə etsək, Rusiyanın daxilində xaus və anarxiya yaratmaq cəhdləri bundan sonra da davam etdiriləcək kimi bir təəsürat yaranır".

Anar Əliyev
Xəbəri paylaş