Xəbər verildiyi kimi, Azərbaycan Ornitoloji Cəmiyyəti 1 iyundan başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Xüsusi Qorunan Ərazilərdə quşların tədqiqi ilə bağlı layihə icra edir. Lahiyə çərçivəsində 22-23 iyun 2024 tarixdə 1-ci tədbir keçirilib.
Təlimçi Fərid Ağabalayev Türyançay Dövlət Təbiət Qoruğunun işçiləri üçün quşların təyinetmə metodları üzrə, “Power point” proqramı vasitəsi ilə təlim keçib. Sonda iştrakçılara AOC-tərəfindən hazırlanmış ilk Azərbaycan dilində buraxılan quşların çöl təyinedicisi bağışlanıb. Növbəti gün AOC-non sədri Elçin Sultanov və expert- ornitoloq Səidə Səmədovanın rəhbərliyi altında və qoruğun işçilərinin iştirakı ilə Azərbaycanın Qırmızı Kitabına salınmış ağkərkəs, imperator qartalı, qara çalağan və digər növlərin yuvaları qeydə alınıb, yuvaların koordinatları və təsviri verilib. Alınan nəticələr Ekologiya və Təbii Sərvətlər nazirliyinə göndəriləcək və elmi məqələlərin yazılmasında istifadə olunacaq.