Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ulu Öndər ordu quruculuğu sahəsində möcüzə yaratdı

Ulu Öndər ordu quruculuğu sahəsində möcüzə yaratdı


Azərbaycanda bütün sahələr kimi ordu quruculuğu da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz zamanında Ulu Öndərin bu sahədə atdığı məqsədyönlü addımların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu nəinki regionun, eyni zamanda dünyanın ən güclü orduları sırasında yer alır. Elə Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, hakim partiya rəsmisi deyib ki, Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərində qurulmasının qısa vaxt ərzində reallaşdırılmasının ən böyük səbəblərindən biri Heydər Əliyev tərəfindən xalqın bu prosesə cəlb edilməsi olmuşdu. Onun sözlərinə görə, Ulu Öndər ordu quruculuğu sahəsində möcüzə yaradaraq qısa müddət ərzində güclü, intizamlı və vahid komandanlıq ətrafında birləşmiş ordu yaratdı:

"Ermənistanla 1994-cü ildə imzalanmış atəşkəs ordu quruculuğunun sürətlənməsi üçün yeni imkanlar yaratmış oldu. Atəşkəs dövründə ordunun yenidən formalaşdırılması üçün Ulu Öndər dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz işlər görüldü".

Hakim partiya təmsilçisi qeyd edib ki, Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü ordusuna çevrildi:

"Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi, ordu siyasətinin əsasının dahi şəxsiyyət tərəfindən qoyulması oldu".

Anar Əliyev
Xəbəri paylaş