Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı, alternativ enerji mənbələrini də inkişaf etdirir, onun istehsalı istiqamətində ciddi addımlar atır. Bu istiqamətdə yaşıl enerjinin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir.
Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Mətanət Qəribovanız sözlərinə görə, Prezident İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yerini düzgün qiymətləndirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir:
"Ölkəmizin başçısının cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində toxunduğu məslələr bir daha göstərmişdir ki, bu siyasət ardıcıl və davamlı olaraq həyata keçirilməkdədir. Ona görə də Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir".
Anar Əliyev