"Ermənistanın Azərbaycanla sülh müqaviləsinə hazır olduğunu bəyan etməsi əslində revanşist planlarını gizlətmək və özünü sülhpərvər bir dövlət kimi təqdim etmək üçündür. İrəvan münasib vaxt gözləyir və həmin vaxtadək silahlı qüvvələrini modernləşdirmək, yeni silahlarla döyüş qabiliyyətini artırmağa xüsusi diqqət yetirir. Rusiyanın etirazlarına baxmayaraq bölgəyə NATO silahları gətir. Bu amil təkcə Ermənistanın silahlanması anlamı vermir, həm də Rus silahlarına güvənsizlik deməkdir".
Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Ermənistanın silahlanma cəhdlərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, bu həm də bölgəyə Şimali Atlantika blokunun gətirilməsi deməkdir:
"Əgər Ermənistan həqiqətən də sülh və normallaşma istəyirsə, o zaman ən müasir silahlara milyonlarla vəsait xərcləməyə zərurət qalmır. Onsuz da Azərbaycaa dəfələrlə ən yüksək və mötəbər tribunalardan sülh gündəliyinə sadiq olduğunu bəyan edib. O zaman məntiqi sual yaranır. Ermənistana ən müasir öldürücü və yüksək dəqiqlikli müxtəlif təyinatlı silahlar nə üçün lazımdır?".
AMİP funksioneri deyib ki, son dövrlər ermənilər tərəfindən ərazilərimizin müntəzəm atəşə tutulması açıq şəkildə normallaşma prosesini pozmaq deməkdir:
"Odur ki, Azərbaycan Ermənistanla sülhə nail olmaq üçün təzyiqlərini artırmalı, Ermənistanın sürətlə silahlanmasına adekvat həm də çox sərt cavab verməlidir".
Süleyman