Qəzza əhalisinin təxminən 96 faizi həddindən artıq aclıqla üzləşib.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı təşkilatlar tərəfindən hazırlanan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatında belə qeyd edilir.
Məlumatda Qəzzada yüksək qıtlıq riskinin davam etdiyi vurğulanıb. Qeyd olunub ki, 2024-cü ilin sentyabrına qədər Qəzza əhalisinin təxminən 96 faizi olan 2,15 milyon insan həddindən artıq aclıq çəkəcək.
Bildirilib ki, bütün Qəzza zolağı İPM-də 4-cü “fövqəladə vəziyyət” mərhələsinə aid edilib.
Anar Əliyev