Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu günkü qüdrətli Azərbaycan Ordusu Ulu Öndərin adı ilə bağlıdır

Bu günkü qüdrətli Azərbaycan Ordusu Ulu Öndərin adı ilə bağlıdır


"Azərbaycan Silahlı Qüvvələrinin bu günkü vəziyyətə gəlib çıxması, təkcə regionun deyil, eləcə də dünyanın ən yaxşı orduları sırasında yer almasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Müasir ordu quruculuğu və bu günkü qüdrətli Azərbaycan Ordusu məhz Ulu Öndərin adı ilə bağlıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümündən danışarkən səsləndirib. Ümummilli liderin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də sistemli addımlar atıldığını diqqətə çatdıran Arzuman Muradlı deyib ki, Heydər Əliyevin ayrı-ayrı başıpozuq, nizamsız silahlı birləşmələri ləğv edərək nizami ordu yaratdığını söyləyib:

"Tədricən Azərbaycan Silahlı Qüvvələri, ordusu formalaşmağa başladı".

İctimai Birlik sədrinin sözlərinə görə, əslində Ümummilli lider Azərbaycan Silahlı Qüvvələrini hələ sovetlərin zamanında formalaşdırmağa başlamışdı:

"Məhz Ulu Öndərin gərgin əməyi və ona yönəlik təzyiqləri zərərsizləşdirməsinin nəticəsində açılan Cəmşid Naxçıvanski adına hərbi məktəb Azərbaycan Silahlı Qüvvələrinin təməl daşı idi".

Ümummilli liderin ordu quruculuğu prosesinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Arzuman Muradlının sözlərinə görə, məhz bu siyasətin uğurlu davamının nəticəsi idi ki, Azərbaycan Ordusu cəmi 44 günə öz torpaqlarını işğaldan azad etdi:

"Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən aparıcı orduları ilə müqayisə edilir. Dünya ölkələri Azərbaycanın 44 günlük Vətən Müharibəsi zamanı ortaya qoyduğu döyüç taktikasını öyrənməyə çalışır".

Süleyman
Xəbəri paylaş