"Ermənistanın indiki məqamdan sonra silahlanmasının və ya silahlandırılmasının məntiqi olaraq heç bir əsası yoxdur. Ermənistan nə qədər silahlansa da, Azərbaycanın gücünə çata bilməyəcək, hətta bu, mümkün deyil. Eyni zamanda Azərbaycanın bütün parametrlərinin potensialı Ermənistanınkından dəfələrlə böyükdür. Bura Azərbaycanın geosiyasi əhəmiyyətini də əlavə etsək, iki ölkənin potensialı müqayisəyə belə gəlmir. Bu baxımdan Ermənistanın silahlanmaq istəyinin kökündə öz daxili tələbatlarını ödəmək dayanır".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşavini Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, erməni hakimiyyəti öz vətəndaşlarına onların müdafiəsini qorumaq barədə fikirləşdiyi görüntüsü yaratmaq istəyir:
"Xarici havadarları da Ermənistandan fərqli fikirləşmirlər. Onlar da yaxşı bilir ki, Ermənistanı silahlandırmaqla Azərbaycanın mövqeyinə təsir etmək mümkün deyil. Məsələn, Fransa, yəni Makron öz daxili auditoriyasına oynayır. Seçki qabağı erməni lobbisinin dəstəyini almaq üçün. Fransa Ermənistana silah verəcək. Amma Azərbaycanın buna sakit baxacağını fikirləşirlərsə, yanılırlar. Ermənistanın bu dəfə alacağı cavab onların bütün xəyallarının üstündən xətt çəkəcək. Ermənistan bundan sonra bütün söz hüququndan məhrum ediləcək. Azərbaycanın tələbləri qarşısında məhv olacaq".
Süleyman