Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın silahlanması onu məhvə aparacaq

Ermənistanın silahlanması onu məhvə aparacaq


"Ermənistanın sülh müqaviləsinin imzalanması ərəfəsində yenidən silahlanmaya üstünlük verməsi qəbuledilməzdir. Ermənistan rəhbərliyi və xalqı anlamalıdır ki, silahlanma və müharibəyə meyillənmək onu məhvə aparır".

Newscenter.az xəbər verir ki, bunu politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, silahlanma həm də regionda yeni gərginlik yaranması deməkdir:

"Cənubi qafqazda gərginliyin yaranması, regionda yeni müharibənin başlaması ilk növbədə Fransanın maraqlarına xidmət edir. Fransa hələ İkinci Qarabağ Müharibəsi başlayandan çalışırdı ki, müharibədə Azərbaycan məğlub duruma düşsün. Lakin Paris buna Nail ola bilmədi. İndi Fransanın təbirincə desək əlverişli şərait yaranıb ki, yeni müharibə başlasın və Azərbaycanı məğlub duruma salsın".

Anar Əliyev
Xəbəri paylaş