Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtın bir sıra küçələrində avtobusların hərəkəti məhdudlaşdırılıb

Paytaxtın bir sıra küçələrində avtobusların hərəkəti məhdudlaşdırılıb


Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 1-dək nəqliyyat vasitələrinin hərəkəti Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) tam, Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Azadlıq prospektində (Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək) qismən məhdudlaşdırılıb.

Newscenter.az xəbər verir ki, Afiyyəddin Cəlilov küçəsində 4, 10, 21, 32, 46 və 175 nömrəli müntəzəm marşrutların sxemi dəyişdirilərək avtobusların hərəkəti Xəqani Rüstəmov (Ağ şəhər) və Süleyman Vəzirov küçələri ilə təşkil edilib.

Parlament prospektində fəaliyyət göstərən 18, 39, 205 nömrəli və Azadlıq prospektində fəaliyyət göstərən 4, 6, 17, 26, 33, 83, 85, 88, 88A, 133 və 165 nömrəli müntəzəm avtobus marşrutlarının sürücülərinə hərəkətdə olarkən diqqətli olmaları, təmir aparılan küçələrdə quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Nərgiz Əzizova
Xəbəri paylaş