Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsi

Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsi


Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi etmək ərəfəsindədir. Məlum olduğu kimi noyabrın sonlraında Bakıda COP29-a evsahibliyi edəcək. Dünyanın bir sıra dövlət və hökumət başçılarının qatılacağı bu tədbir həm də Azərbaycanın qlobal təşəbbüslərinin dəstəklənməsi demək olacaq.

Newscenter.az-ın xəbərinə görə, sözügedən məsələ ilə bağlı danışan Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov deyib ki, ölkəmizin dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin növbəti parlaq qələbəsidir. Onun sözlərinə görə, Azərbaycan yaşıl enerjiyə keçid prosesində öncül rol oynama öhdəliyini yerinə yetirir və bu istiqamətdə mühüm addımlar atır:

"Azərbaycanda sərmayə mühiti və bərpaolunan enerji sektorunun inkişafı, ölkənin iqtisadiyyatını şaxələndirmək və ekoloji dayanıqlılığı təmin etmək məqsədi ilə aparılan siyasətlərin nəticəsidir. Bütün bunlar Azərbaycanın enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlığını daha da gücləndirəcək".

Anar Əliyev
Xəbəri paylaş