"Müzəffər Azərbaycan Ordusu 106 yaşını qeyd edir. 1918-ci il iyunun 26-da Milli Silahlı Qüvvələrimizin yaradılması ölkəmizdə Ordu quruculuğunun şanlı səhifəsini açdı. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son verilməsi ilə Azərbaycanda Milli ordu quruculuğunun formalaşması yarımçıq qalaraq bir əsr geriyə düşdü".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası öz Xilaskar Lideri Heydər Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələri yaradıldı:
"Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində isə Ordumuzun peşəkarlığının və döyüş qüdrətinin artırılması istiqamətində dayanmadan fasiləsiz addımlar atıldı. Qardaş Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi, Ordumuzun Türkiyənin NATO-da böyük nüfuz qazanmış Türk komandosları ilə çiyin-çiyinə döyüş hazırlıqları həyata keçirməsi, ən son nəsil hərbi silah-sursatların alınması və Milli döyüş qüdrətinin güclənməsi Azərbaycan Ordumusunun faşist Ermənistan üzərində şanlı Qələbəsini təmin etdi.
Rəşadətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq 30 illik işğala son qoydu, ərazi bütövlüyünü təmin etdi".
Vaqif Abdullayev qeyd edib ki, 2023-cü ilin sentyabrında birgünlük anti-terror əməliyyatı ilə erməni separatizmininin kökünü kəsən Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa etdi:
"Bu gün Silahlı Qüvvələrimiz bütün torpaqlarımızda, Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və 86.6 min kv. km ərazidə Vətənin keşiyində dayanıb.
Ordu quruculuğu bu gün də əsas milli hədəf kimi dövlətimizin siyasətində başlica yer tutur və Cənab İlham Əliyev yeni reallıqlara və şəraitə uyğun olaraq ən müasir hərbi birliklər yaradır, ən müasir Komanda hərbi birləşmələri qurulur. Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və digər ərazilərdə ən yeni hərbi hissələrin istifadəyə verilməsi peşəkar və Zəfət Ordumuzun qüdrətini daha da artırır.
Bizə parlaq Qələbəni qazandıran şəhidlərimizin ruhu qarşısında baş əyir, onların aiələlərinə Allahdan səbr diləyirəm, igid Qazilərimizə sonsuz minnətdarlığımı bildiriəm.
Şanlı tariximizə Zəfər səhifəsini yazan Zəfər Ordumuza eşq olsun!
Yaşasın Yenilməz Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev!"
Anar Əliyev