Qazaxıstanda qədim saklara məxsus olduğu iddia edilən xəncər aşkarlanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qədim silah növü Karaqanda vilayətində tapılıb. Vilayət administrasiyası xəbər verir ki, Şet rayonundakı Taldı tarix-arxeoloji parkında saka dövrünə aid aşkar edilən xəncər krqanların tədqiqi zamanı üzə çıxıb.
“Arxeoloji Tədqiqatlar” MMC-nin direktoru Yerlan Əmirovun sözlərinə görə, bu xəncər skif-sak üçlüyünə aid olan bıçaqlı silahdır. Eramızdan əvvəl III-II əsrlərə aid xəncər Saka dövründən Hun-Sarmat keçid dövrünə aiddir.
Qeyd edək ki, Qaraqanda alimləri və Boketov adına Qaraqanda Universitetinin tələbələri ərazidə qazıntı, tədqiqat işləri aparırlar.
Anar Əliyev