Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vilayət Eyvazov Oğuzda vətəndaş qəbulu və sıra baxışı keçirib

Vilayət Eyvazov Oğuzda vətəndaş qəbulu və sıra baxışı keçirib


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 25-də Oğuz Rayon Polis Şöbəsində vətəndaş qəbulu keçirib.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarından qəbula gələn 224 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 19-u Vətən müharibəsi iştirakçısı olmaqla 88 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş