Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çinlə 629 milyon dollar dəyərində müqavilə imzalanıb

Çinlə 629 milyon dollar dəyərində müqavilə imzalanıb


Qazaxıstan və Çin arasında 629 milyon dollarlıq müqavilə imzalanıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, tərəflər sözügedən müqaviləyə Urumçidə keçirilən “Qazaxıstan-Çin” III regionlararası forumunda imza atıblar.

Forumda Qazaxıstanın 17 regionunun, iri şirkətlərin və biznes qruplarının və Çin Xalq Respublikasının 27 regionunun nümayəndələri iştirak ediblər.

Astana ilə Pekin arasında imzalnan sənədlərdən ən böyüyü: Almatı vilayəti ilə TBEA SC arasında 10 yarımstansiyanın və elektrik verilişi xətlərinin tikintisi və yenilənməsi, elektrik avadanlıqları istehsalı zavodunun tikintisinə dair müqavilədir.

Natiq Orucov
Xəbəri paylaş