Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2024-cü il planına uyğun olaraq Qazaxıstanda hərbi təlim keçirəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, “Qırılmaz qardaşlıq-2024” komanda-qərargah təliminə hazırlığı üzrə ikinci qərargah danışıqları keçirilib.
Danışıqlarda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistanın müvafiq idarələrinin nümayəndələri, Birləşmiş Qərargahın bir qrup zabiti və KTMT Katibliyinin əməkdaşları iştirak ediblər.
Tədbirin gedişində bu ilin sentyabrında Almatı vilayətinin “Jaqalau” poliqonunda keçiriləcək təlim meydançasında kəşfiyyat aparılıb.
Fuad Hüseynzadə