Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pekinin strateji qərarı

Pekinin strateji qərarı


İyulun 15-18-də Pekində ÇKP 20-ci Mərkəzi Komitəsinin 3-cü Plenumu keçiriləcək. Plenumda Çinin xarici siyasəti ilə bağlı bir sıra yeni qərarların qəbul ediləcəyi gözlənilir.

Newscenter.az-ın xəbərinə görə, Çinin xarici siyasət kursuna nəzər salan politoloq Pərviz Əliyev deyib ki, Pekin ABŞ-la genişmiqyaslı iqtisadi əlaqələrin kəsilməsinə hazırlaşmaq üçün strateji qərar qəbul edib, təchizat zəncirlərinin qırılması və daralan daxili bazarda iqtisadi böhran risklərinin idarə edilməsi 3-cü plenumun əsas mövzularıdır:

"Mahiyyət etibarı ilə yeni heç nə olmayacaq, lakin Si Cinpinin “özünə güvənən inkişaf” şüarı növbəti 10 il üçün Çinin iqtisadi inkişafı üçün rəsmiləşdirilmiş strategiyaya çevriləcək*.

Politoloq deyib ki, Rusiya üçün bu, ilin sonuna kimi Çinlə əməkdaşlığın yeni səviyyəsinə çıxmaq deməkdir:

"Onlarla ən böyük şirkət Amerika və Avropa bazarlarının əhəmiyyətli hissəsini itirə və sanksiyalara məruz qala bilər. Çinin müttəfiqlərinə, Rusiyaya və Qərb sahəsindən kənarda qalan digər ölkələrə arxalanaraq, 2025-ci ilin əvvəlində Çinin səylərinin əsas mərkəzinə çevriləcək".

Anar Əliyev
Xəbəri paylaş