Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ Universiteti ilə bağlı abituriyentlərlə görüş keçirilib

Qarabağ Universiteti ilə bağlı abituriyentlərlə görüş keçirilib


Paytaxtdakı Məktəb Lisey Kompleksində Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin növbəti təbliğat görüşü keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gözəlova, Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə əməkdaşları, paytaxtdakı lisey və gimnaziyaların builki məzunları iştirak ediblər.

Görüşdə çıxış edənlər işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində doğma yurd yerlərimizin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsindən danışıblar. Bildiriblər ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. Həmçinin vurğulanıb ki, işğaldan azad edilən ərazilərdə yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən Qarabağ Universitetinin yaradılması Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq.

Görüşdə məktəb-liseyin şagirdləri və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və digər müvafiq məsələlər barədə ətraflı məlumat verilib.

R.Mehdiyeva
Xəbəri paylaş