Qırğızıstanın İssıkkol sahillərində “Birliyin uşaqları” IX Beynəlxalq Mədəniyyət və Təhsil Forumu keçirilir.
Newscenter.az-ın xəbərinə görə, bu barədə MDB Parlamentlərarası Assambleyası Şurasının Katibliyinin mətbuat xidməti məlumat yayıb.
Tədbirdə Qırğızıstan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan tələbələr və onların mentorları iştirak edirlər.
Forumda yeni liderlərin formalaşdırılması, uzunmüddətli əlaqələrin qurulması, yaradıcı əməkdaşlıq və s. bu kimi məsələlər müzakirə ediləcək.
Forumun açılış mərasimində hər bir nümayəndə heyəti öz ölkəsinin milli mətbəxini təqdim edib. Birinci gün Qırğızıstanın mədəni ənənələrinin təqdimatı keçirilib.
Nərgiz Əzizova