"Respublikada ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi fonunda ərazilərimizin bütün hər yerində parlament seçkiləri keçirilir. Bu, tarixi hadisədir. Azərbaycan dövləti tarixinin qürur dövründə parlament seçkiləri baş tutacaq. Hesab edirəm ki, keçiriləcək parlament seçkiləri əvvəlkilərindən fərqlənəcək".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov növbədənkənar parlament seçkiləri ilə bağlı fikirlərini bildirərkən səsləndirib. O bildirib ki, seçkilərin tarixi dönüş nöqtəsi olacağına ümid edir:
"Bu seçkilərin tam müstəqil və demokratik mühitdə keçiriləcəyi qənaətindəyəm. ƏHD Partiyası olaraq bu seçkidə millət vəkili sayımızı artırmaq üçün mübarizə aparacağıq. Xalqımız bu seçkilərdə ümidlidir ki, hakimiyyət bu seçkiləri əvvəlkilərdən fərqli keçirəcək".
Süleyman