Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Skuter sürməyə QADAĞA QOYULDU

Skuter sürməyə QADAĞA QOYULDU


Qazaxıstanda skuter sürməyə qadağa qoyulub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qadağa paytaxt Astana şəhəri üçün keçərli olacaq.

Qadağa iyunun 26-dan şəhərin sol sahildə tətbiq edilib. İyulun 1-dən isə bütün paytaxtda bu qadağa tətbiq olunacaq.

Şəhər rəhbərliyinin verdiyi açıqlamaya görə, buna səbəb Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) paytaxtda keçiriləcək sammitidir. İyulun 5-dən isə qadağa aradan qaldırılacaq.

Xatırladırıq ki, 2024-cü il iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.

Anar Əliyev
Xəbəri paylaş