Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya gücləri Ukraynaya görə açıq şəkildə Rusiya ilə müharibəyə qoşulmayacaqlar

Dünya gücləri Ukraynaya görə açıq şəkildə Rusiya ilə müharibəyə qoşulmayacaqlar


"Rusiya-Ukrayna müharibəsinin gedişində 3-cü dünya müharibəsinin başlaması ehtimalından son dövrlər daha çox danışırlar. Qərb silahları ilə Rusiya ərazilərinin vurulmasına icazə verildikdən sonra isə bu ritorika daha da artıb. Xüsusi ilə də, Rusiyanın nüvə silahı ilə onları hədələməsindən sonra".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, üçüncü dünya müharibəsinin çoxdan başladığını qeyd edənlər də çoxdur:

"Bunun proksi qruplar üzərindən aparıldığını vurğulayırlar. Təbii ki, geniş şəkildə müharibə ehtimalını kənar etmək olmaz. Bu, hansısa dövlət liderinin bir düşünülməmiş hərəkətinə bağlıdır".

Azər Qasımov hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin 3-cü dünya müharibəsinə çevrilməsi ehtimalı yox dərəcəsindədir:

"Əslində hesab etmək olar ki, Ukraynada Rusiya az qala NATO ilə döyüşür, yanına İranı,
Çini, Şimali Koreyanı alaraq. Amma bu bildiyimiz şəkildə klassik dünya müharibəsi demək deyil".

Azər Qasımov, "Böyük ehtimalla hesab edirəm ki, bu müharibə tərəflərdən birinin qələbə hesab ediləcək sonluğu ilə başa çatacaq, amma hələlik nə vaxt olacağını demək çətindir. Dünya gücləri Ukraynaya görə açıq şəkildə Rusiya ilə müharibəyə bilavasitə qoşulmayacaqlar. Qarşılıqlı şəkildə hədələr fonunda müharibə davam edəcək. Tərəflərdən biri tam əldən düşənə kimi. Bu əldən düşənin kim olacağı isə müharibənin nəticəsini bəlli edəcək", -deyə bildirib.

Süleyman
Xəbəri paylaş