Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbədənkənar parlament seçkiləri yeni bir dönəmin başlanğıcı olacaq

Növbədənkənar parlament seçkiləri yeni bir dönəmin başlanğıcı olacaq


"Sentyabrın 1-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri yeni bir dönəmin başlanğıcı olacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, ilk dəfə qanunverici orqana seçkilər bütün ölkə ərazisində keçiriləcək:

"Bu seçkilər tarixə düşəcək. Çünki Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra ilk dəfədir ki, seçkilər ölkəmizin bütün hüdudlarını əhatə edəcək".

Elvin Babayev deyib ki, yeni formalaşacaq parlament ölkədə qanunvericilik bazasının möhkəmləndirilməsi, yeni-yeni qanunların qəbul edilməsində mühüm rol oynayacaq.

Anar Əliyev
Xəbəri paylaş