Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbədənkənar parlament seçkilərindən gözləntilər böyükdür

Növbədənkənar parlament seçkilərindən gözləntilər böyükdür


"Yaxın aylarda baş tutacaq növbədənkənar parlament seçkilərindən gözləntilər böyükdür. Bu seçkilər bir neçə mühüm xüsusiyyəti ilə yadda qalan olacaq. Hər şeydən əvvəl bu dəfəki seçkilər müstəqilliyimiz dövründə ilk dəfə qalib ölkənin keçirdiyi parlament seçkiləri olacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, bu dəfəki seçkiləri əlamətdar, tarixi hadisə edən digər bir məqam seçkinin ərazi bütövlüyümüzün tam bərpası fonunda, bütün ölkə boyunca keçirilməsi olacaq:

"İşğaldan azad edilmiş ərazilərdən Milli Məclisə seçiləcək deputatlar daha məsuliyyətli, daha məhsuldar və çevik fəaliyyət göstərəcəklər. Onlara göstərilən etimadın doğruldulması istiqamətində yorulmadan çalışacaqlar".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, yeni seçiləcək parlament qanunvericilik bazasının daha da möhkəmləndirilməsi, yeni-yeni qanunların qəbul edilmısi prosesinə öz töhfəsini verəcək, əvvəlki çağırış parlamentlər kimi uğurlu fəaliyyət göstərəcək.

Süleyman
Xəbəri paylaş