Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın Ağ Evə qayıtmaq şansı varmı?

Trampın Ağ Evə qayıtmaq şansı varmı?


"Dünənki debata baxanda öncədən Baydenin qalib gələcəyini demək olar. Ancaq bunun üçün bir qədər səbirli olmaq lazımdı. Çünki demokratların vahid namizədi hələ ki, müəyyən edilməyib. Buna görə öncədən nəsə söyləmək çətindir".

Bu fikirləri Newscenter.az-a politoloq Zeynal Əmrəliyev Amerikada prezident seçkiləri ərəfəsində namizədlərin reytinqini dəyərləndirərkən səsləndirib. Onun sözlərinə görə, əgər demokratlar son anda Baydendən imtina edib Trampın qarşısına nisbətən gənc və güclü namizədlə çıxsalar, keçmiş prezidentin yenidən Ağ Evə qayıtmaq üçün şansı qalmayacaq:

"Trampın iqdisadi və sosial problemlərə baxışı da bir elə güclü deyil. Digər tərəfdən İsraillə bağlı tutumuna görə ABŞ cəmiyyətində ona qarşı elə də rəğbət yoxdur. Amerikanlar faktiki olaraq 81 yaşlı qocanı seçməmək üçün 78 yaşlı qocanı tərcih edirlər. Əgər avqustda keçiriləcək qurultayda demokrlar çevik və nisbətən gənc birini namizəd göstərsələr Tramp üçün bu yol bağlanacaq. Əks halda bəli, onun Ağ Evə qayıtması üçün böyük şans var.

Süleyman
Xəbəri paylaş