Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

VI çağırış Milli Məclisi kifayət qədər məhsuldar və uğurlu fəaliyyət göstərdi

VI çağırış Milli Məclisi kifayət qədər məhsuldar və uğurlu fəaliyyət göstərdi


"VI çağırış Milli Məclisi kifayət qədər məhsuldar və uğurlu fəaliyyət göstərdi. Baxmayaraq ki, qanunverici orqanın ilk ilinin fəaliyyəti qlobal pandemiya dövrünə təsadüf etdi, lakin buna rəğmən parlament həmin dövrdə də öz işini günün tələblərinə uyğun quraraq davam etdirdi, ölkə üçün mühüm, vacib qərarlar qəbul etdi. VI çağırış Milli Məclisi fəaliyyət dövründə çoxlu sayda qanunlar qəbul etməklə həyatımızın müxtəlif sahələrində müsbət dinamikanın inkişafına öz töhfəsini verdi".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, VI çağırış Milli Məclisi Azərbaycan parlamentarizminin tarixində xüsusi qeyd ediləcək və parlament tarixində önəmli yer tutacaq:

"Yuxarıda qeyd etdiyim kimi qanunverici orqanin ilk ilinin qlobal pandemiya dövrünə düşməsi hər nə qədər yaxşı bir hal olmasa da, ancaq ümumilikdə bu da parlament tarixində qeyd edilməli olan bir məqamdır. Ən əsası, VI çağırış Milli Məclisi Qalib Azərbaycan dövləti, Qalib Azərbaycan Ordusuna, işğalda olan şəhər və rayonlarımızın düşməndən azad edilərək ərazi bütpvlüyümüzün tam şəkildə bərpasına şahidlik etdi. Qalib ölkənin qalib parlamenti kimi tarixə düşdü. Təbii ki, bütün bu uğur və nailiyyətlərimizin təməlində Ulu Öndər Heydər Əliyevin zamanında müəyyənləşdirdiyi siyasət və bu siyasətin günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır".

İqbal Məmmədov deyib ki, bütün halda VI çağırış Milli Məclisin fəaliyyətini uğurlu hesab etmək olar.

Süleyman
Xəbəri paylaş