Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni parlamentdən də gözləntilər böyükdür

Yeni parlamentdən də gözləntilər böyükdür


"Bu il keçiriləcək parlament seçkiləri ötən dövrdəki seçkilərlə müqayisədə bir çox özəllikləri ilə fərqlənir. Əsas məqam təbii ki, keçiriləcək seçkilərin bütün ərazilərimizi əhatə etməsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, parlament seçkilərinin özəlliyi ondan ibarətdir ki, seçilən deputat daha çox ərazi üzrə fəaliyyət göstərir:

"İndiyə qədər bizim bir sıra deputatlar bundan məhrum olmuşdur, işğal altında olan torpaqlara baş çəkə bilmirdilər. Yeni parlament bu baxımdan bu özəlliyi ilə fərqlənəcək və Qarabağdan seçilən deputatlar bu dəfə seçki məntəqələrini məhz işğaldan azad edilmiş bölgələrdə quracaq".

Vüqar Əhmədovun qənaətincə, digər özəlliyi idarəetmə ilə bağlıdır:

"Azərbaycanda siyasi partiyalarla bağlı yeni konfiqurasiya yaranıb, birləşmə nəticəsində yeni siyasi partiyalar formalaşıb. Əlbəttə ki, bu amil də parlamentin siyasi palitrasına öz müsbət təsirini göstərəcək.

Bu ilin fevralında keçirilən prezident seçkilərindən sonra ölkənin idarəetmə modelində də dəyişiliklərə start verilib və yeni parlament hər zamankı kimi ölkənin siyasi həyatında fəal rol oynayıb. Düşünürəm ki, yeni parlament də bu baxımdan fərqlənəcək. Xüsusən beynəlxalq təşkilatlarla və xarici parlament assambleyaları ilə səmərəli əməkdaşlıq bundan sonra da davam edəcək".

Politoloq hesab edir ki, COP29 öncəsi yeni parlamentdən də gözləntilər böyükdür:

"Parlament istənilən ölkənin ən fəal siyasi institutu kimi ölkədə gedən islahatlara uyğunlaşması bu seçkili instituta seçilən şəxslərin şəxsi keyfiyyətlərindən çox aslıdır. Bu mənada hesab edirəm ki, bu dəfə də ölkə parlamentinə yeni simalar düşəcək və dövlətimizin apardığı islahatlara bundan sonra da öz töhfəsini verəcək".

Süleyman
Xəbəri paylaş