Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni seçiləcək Milli Məclis indiki şəraitdə nəyi ilə fərqlənəcək?

Yeni seçiləcək Milli Məclis indiki şəraitdə nəyi ilə fərqlənəcək?


"Azərbaycan cəmiyyəti və cəmiyyətin təşkilatlanmış fəal siyasi kəsimi parlament seçkilərindən əvvəl Konstitusiya dəyişiklikləri üçün referendumun keçiriləcəyini gözləyirdi. Bildiyiniz kimi ölkədə əgər fundamental və effektli islahatlara nail olunmaq istənilirsə, bunun üçün hüquqi baza yaradılmalı, ana yasada ciddi dəyişikliklər həyata keçirilməlidir. Təəssüf ki gözləntilərin əksinə olaraq parlament seçkilərinə gedilir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu növbədənkənar parlament seçkilərindən gözləntilər barədə danışarkən səsləndirib. Onun sözlərinə görə, bu o anlamı verir ki, hökümət köklü islahatlara və idarəetmənin təkmilləşdirilməsinə deyil, 2019-ci ildəki kimi kosmetik dəyişikliklərə üstünlük verir:

"Xatırlayırsınızsa, həmin ildə özünü buraxan parlament islahat adı ilə buraxılmışdı. Nəticəsi nə oldu. 2020-ci ilin növbədənkənar parlamenti 80 faiz həmin deputatlardan təşkil olundu. Sual doğuran məsələlərdən biri də ondan ibarətdir ki, yeni seçiləcək Milli Məclis indiki şəraitdə, mövcud reallıqlar və şərtlər daxilində, əvvəlki sələflərindən nəyi ilə fərqlənəcək?. Yaxud növbədənkənar parlament seçkiləri şəffaf və ədalətli, demokratik keçiriləcəkmi? Xüsusən, bu suallar həm də ona görə aktuallıq kəsb edir ki, Azərbaycanın inkişafına və köklü islahatlara ciddi əngəl olan işğal faktoru aradan qaldırılıb, Azərbaycan vacib regional aktora çevrilib. Dünyanın diqqət mərkəzindədir. COP29 konfransı ərəfəsində bu ciddi sınaq deməkdir".

AMİP funksoneri, "Könül istərdi ki parlamentarizm ölkənin siyasi sistemində xüsusi paya sahib olsun və xalqın hakimiyyətdə təmsilçilik iradəsini formalizmdən reallığa çevrilməsi imkanı qazansın. Parlament təkcə qanunların qəbul edilməsi ilə kifayətlənməyərək, siyasi qüvvələr arasında sivil, konstruktiv və inkişafa təkan verici mübarizə meydanı olsun. Odur ki, bu baxımdan optimist olmağa çalışıram".

Süleyman
Xəbəri paylaş