Milli Məclisin deputatı Vüqar Bayramov "Kosmos - regionda diplomatiya və iqtisadi inkişaf üçün dönüş nöqtəsi" mövzusunda keçiriləcək 6-cı Beynəlxalq Kosmik Forumun işində iştirak etmək üçün iyulun 1-də Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, forum çərçivəsində “Yerin müşahidəsi: texnologiyadan tətbiqə və xidmətə”, “Kosmik Tədqiqatlar: Kainata açılan qapı” və “Kosmik konsepsiyalar və siyasət: təcrübə və ən yaxşı təcrübələrlə mübadilə” mövzularında müzakirələr keçiriləcək.
Səfər iyulun 4-də başa çatacaq.
Süleyman