Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda silah-sursat saxlamaqda şübhəli bilinən şəxs həbs edilib

Yevlaxda silah-sursat saxlamaqda şübhəli bilinən şəxs həbs edilib


Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərin saxlanılması istiqamətində növbəti tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Məlik Abdullayev şübhəli şəxs kimi saxlanılıb. Ondan "AKM" modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş