Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın "Ağ inqilab" konsepsiyası: Bu konsepsiya nəyə xidmət edir?

İranın "Ağ inqilab" konsepsiyası: Bu konsepsiya nəyə xidmət edir?


20 əsrin 60-cı illərində Pəhləvilər hakimiyyəti yenidən İran mühitini dəyişmək onu Avropalaşdırmaq istədilər. Rza şahın 30 cu illərdə Atatürkdən etiketlənib etdiyi yarımçıq inqilabı oğul Məhəmmədrza daha uzun müddətə 1961-78-ci illərdə "Ağ inqilab" adı ilə tətbiq etdisədə məqsədinə çata bilmədi. İRAN xalqlarının ruhundakı mistik gerilik, molla təsiri, ənənəvi mövhumatçı qaragüruh psixologiyası ilə yenə bacara bilmədilər. Nəticədə "İslam inqilabı" baş verdi və qaraguruh molla hakimiyyəti İranı yenidən 18 əsrə geri çəkdi. 44 il keçdikdən sonra həmin hakimiyyəti quran adamların bir çoxu hakimiyyətdə təmsil olunan siyasi elita anladı ki belə getməyəcək. Odur ki, lənətlədikləri şahın "Ağ inqilab" konsepsiyasını yeni ştrixlərlə tətbiq etməyə qərar verdilər.. Bəs nədir "Ağ İnqilab"?

"Ağ İnqilab" ictimai, siyasi, sosial, iqtisadi və mədəni mühitin çevrilməsi, yeni daha mütərəqqi formasiya münasibətlərinin quruluşunu "Yuxarıdan" hakimiyyətin verdiyi qərarlarla, qanunlarla qan tökmədən mümkün edilməsidir. İranı idarə edənlər, yönəldənlər anladılar ki, daha əvvəlki qayda ilə hakimiyyət sürə bilməyəcəklər. Xalqları ölkələri bədbəxtliklərlə üzləşəcək! Ona görədə əslində həmin inqilabın 3 cü mərhələsini tətbiq etməyə qərar vermişlər.

Məsud Pezeşkian İranın yeni prezidenti seçiləcək və biz gələcək dövrdə bu ölkənin doğrudanda dəyişmək istədiyini görmüş olacağıq... Baxmayaraq ki, ona qarşı mühafizəkarların 13 milyon səsi birləşib və onun 10 milyon yarım səslə 2- ci turda məğlubiyyəti görsənir. Lakin azərbaycanlıların təsübkeşlik hisslərini bəziləri nəzərə almır. İyulun 5 də İranda seçki aktivliyinin çox böyük ola biləcəyini və milyonlarla yeni səsin bületənə girəcəyini çoxları yenədə proqnozlaşdıra bilməyiblər.

Rəfail Eminov, tarixçi
Xəbəri paylaş