Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd təsərrüfatı deyilən sahə sıradan çıxıb

Kənd təsərrüfatı deyilən sahə sıradan çıxıb


"Metro və ictimai nəqliyyatda gediş haqqının qaldırılması əhalinin sosial vəziyyətinə mənfi təsir edəcək. Bu xidmətdən istifadə edən kasıb təbəqədir. Dərmanların qiymətinin qaldırılması monopoliyadan irəli gəlir. Azərbaycanda dərmanların keyfiyyəti aşağıdır və bahadır".

Newscenter.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatında geriləmə var:

"Neft və qazdan asılı vəziyyətdə olan iqtisadiyyatın şaxələndirilməsi kagiz üzərində davam edir. Kənd Təsərrüfatı Nazirliyinin dəbdəbəli inzibati binasının olması ilə deyil, ölkədə kənd təsərrüfatı deyilən sahə sıradan çıxıb. Benzin və dizelin qiymətinin qaldırılmasına ehtiyac yox idi".

MCP rəsmisi deyib ki, büdcədə artıq bir milyard pul vəsaiti qalmışdı:

"Belə olan təqdirdə kasıb təbəqənin istifadə etdiyi xidmətləri bahalaşdırmaq hansı məntiqə uyğun idi?! Ümid sonda ölür, amma ümid edirəm nəhayət ki, iqtisadi və sosial sahədə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mütərəqqi islahatların zamanı gələcək".

Anar Əliyev
Xəbəri paylaş