Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gündən qazın qiyməti artır

Bu gündən qazın qiyməti artır


2024-cü il iyulun 1-dən əmtəəlik qazın orta topdansatış qiyməti artıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi açıqlama verib.

Məlumata görə, əmtəəlik qazın qiymətini Rusiya qiymətinə yaxınlaşdırmaq üçün tənzimləmək lazımdır. Ona görə ki, aşağı qiymət qaz sənayesinin investisiya cəlbediciliyini azaldır və ölkədə qaz sənayesinin rentabelsiz olması səbəbindən yerin təkindən istifadəçilər qaz yataqlarının işlənməsində maraqlı deyillər.

Nazirlik bildirib ki, bu gün Qazaxıstanda qazın topdansatış qiyməti dünyada ən aşağı qiymətlərdən biridir və təxminən 20640 tenge/min m3 təşkil edir. Məsələn, qonşu Rusiya Federasiyasında qiymət 35 min tenge/min m3 səviyyəsindədir. Bundan əlavə, Qazaxıstanda əmtəəlik qazın qiymətinin saxlanması ölkənin bir sıra regionlarında çətinləşərək, məhsulun maya dəyərinin sabit qiymətdən 150-200% artmasına, eləcə də hər il daxili istehsal potensialının azalmasına səbəb olub.

Mehman Mehdiyev
Xəbəri paylaş