Çin Xalq Respublikasının sədri Si Cinpin Qazaxıstana dövlət səfərinə gəlir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutur.
İyulun 2-dən 4-dək davam edəcək dövlət səfəri zamanı iki ölkə lideri arasında ikitərəfli və çoxtərəfli formatda görüşlər keçiriləcək, Pekinlə Astana arasında münasibətlərin gələcək perspektivləri müzakirə olunacaq.
Səfər zamanı Çin lideri həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 24-cü iclasında da iştirak edəcək.
Anar Əliyev