Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri də qalxacaq

Ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri də qalxacaq


Tarif Şurasının son qərarı ilə ölkədə bir sıra xidmət növlərinin, eləcə də benzin və dizelin qiymətinin qalxması kənd təsərrüfatı, ərzaq məhsullarının qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu da belə düşünür. O bildirib ki, yanacağın və nəqliyyat xidmətlərinin qiyməti qalxırsa, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri də qalxacaq:

"Zəncirvari prosesdir. Haqqında çox danışdığımız iqtisadiyyatın şaxələndirilməsi prosesində gecikirik, neft və qaz satışının asılılığından qurtulmaq lazımdır. Ərazi bütövlüyümüzü təmin etdik, ən böyük hədəflərimizdən birinə çatdıq, növbəti hədəfimiz insanların rifah halının yüksəlməsi, iqtisadi və sosial problemlərin həlli olmalıdır. Nəqliyyat xidmətləri gələcəkdə də arta bilər, həssas təbəbəqə üçün güzəştlərin tətbiqinə ehtyac var".

O qeyd edib ki, qaldırılan nəqliyyat qiymətləri hər gün avtobus və metrodan istifadə edən tələbələr, təqaüdçülər və aşağı gəlirli vətəndaşlarımız üçün ağır yükə çevriləcək:

"Bəyənmədiyimiz sovet dövründə təqaüdçülər və tələbələr müxtəlif güzəşlərdən istifadə edirdilər. Bir çox ölkədə tətbiq olunan mexanizmdən istifadə olunmalıdır, nisbətən ucuz qiymətə 1 ay, 3 ay və 1 illik avtobus və metro kartları satışı çıxarılmalıdır. Qardaş
Türkiyədə yaşı 65-dən yuxarı olan vətəndaşlara verilən nəqliyyat kartları onların şəhər daxilində pulsuz daşınmasına imkan verir. Kartlardan müharibə veteranları və şəhid ailələri də istifadə edir".

Anar Əliyev
Xəbəri paylaş