Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İKTA-da İctimai Şura üzvləri ilə görüş keçirilib

İKTA-da İctimai Şura üzvləri ilə görüş keçirilib



Azərbaycanın telekommunikasiya və poçt rabitəsi üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə çıxış edən İKTA sədri Nail Mərdanov rəhbərlik etdiyi qurumun gördüyü işlər və gələcək fəaliyyəti haqqında məlumat verib.
İKTA sədri əlavə edib ki, Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib və həmin xidmətlər telekommunikasiya sahəsində fəaliyyət göstərən operator və provayderlərin, həmçinin poçt operatorlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir.

Görüşdə çıxış edən İctimai Şura sədri Siruz Abasbəyli və Şura üzvləri İKTA-nın fəaliyyətini izlədiklərini, təqdim edilən elektron xidmətlərin, xüsusən də “E-Şikayət” sisteminin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda səmərəli əməkdaşlığın davamlı olması üçün belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.

Süleyman
Xəbəri paylaş