İspaniyadan Uruqvaya gedən sərnişin təyyarəsi şiddətli hava boşluğu səbəbindən Braziliyanın şimal-şərqindəki hava limanında "təcili eniş" etməli olub.
Newscenter.az Reuters-ə istinadən bildirir ki, təyyarə İspaniyanın paytaxtı Madriddən Uruqvayın paytaxtı Montevideoya hərəkət edirmiş.
Yeni təyyarə gələnə qədər sərnişinlər Braziliyada bir otelə yerləşdirilib. Yüngül xəsarət alan sərnişinlər isə şəhərdəki Monsenhor Walfredo Gurgel xəstəxanasına aparılıb.
Anar Əliyev