Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul Hava Limanı daha bir rekorda imza atdı

İstanbul Hava Limanı daha bir rekorda imza atdı


İstanbul Hava Limanı daha bir rekorda imza atıb.

Newscenter.az Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən bildirir ki, iyunun 30-u tarixində İstanbul Hava Limanı 268 min 275 sərnişinə xidmət göstərməklə rekord qırıb. Bu rəqəm Hava Limanı açıldığı gündən indiyə qədər bütün zamanların ən yüksək sərnişin sayı olaraq qeydə alınıb.

Sərnişin sayı beynəlxalq xətlərdə 205 min 721, daxili xəttlərdə isə 62 min 554 nəfər olub.

Qeyd edək ki, İstanbul Hava Limanında son rekord göstərici 2 iyul 2023-cü ildə 265 min 961 sərnişinlə qeydə alınıb.

Fuad Hüseynzadə
Xəbəri paylaş