"İsrail ordusu Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatının hərbi strukturunun ləğvini başa çatdırmaq üzrədir".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. Onun sözlərinə görə, HƏMAS-ın yerdə qalan qruplaşmalarına qarşı zərbələr davam edəcək.
Netanyahu Qəzza diviziyasındakı görüşü barədə də danışıb:
"Qəzza diviziyasına səfərdən qayıtdım, orada Rəfahda gedən döyüşlərdə çox böyük nailiyyətlər gördüm".
Mehman Mehdiyev