Birləşmiş Ştatlar Polşaya hava və raketdən müdafiə sistemləri üçün hərbi texnikanın alınması məqsədilə 2 milyard dollar kredit ayırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
"Polşa və ABŞ Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində 2 milyard ABŞ dolları məbləğində birbaşa kreditin ayrılması barədə razılığa gəliblər", - deyə bildirilib.
Polşa hakimiyyəti alınan vəsaiti hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin alınmasına sərf edəcək.
Qeyd edək ki, bu, Varşavanın Vaşinqtonda aldığı ikinci belə kreditdir.
Mehman Mehdiyev