Qax rayonunda 11 aylıq körpə xəstəxanada ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax rayon rayonu Qazmalar kənd sakini, 2023-cü il təvəllüdlü Nəzərli Ahu Rahim qızı yüksək hərarətlə Qax Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxanada körpəyə lazımı tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bildirdiyinə görə, körpədə ağciyər və ürək çatışmazlığı olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.