Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək


Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda mübarizəyə qoşulmaq niyyətindədir.

Newscenter.az-ın xəbərinə görə, "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri Susana Məmmədova da növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmək istəyir. İctimai Birlik sədri deyib ki, seçki mübarizəsinə 70 saylı Neftçala Seçki Dairəsidən qoşulmağı düşünür:

"Əslən Neftçala rayonundanam. Rayonda kifayət qədər qohumlarımız, dost-tanışlarımız yaşayır. Bundan başqa zaman-zaman yaxın dostlarım, rəhbərlik etdiyim İctimai Birliyin təşkilatçılığı ilə sözügedən rayonda bacardığımız qədər xeyriyyə aksiyaları təşkil edir. sosial müdafiəyə ehtiyacı olan insanlara dəstək oluruq. Bu baxımdan hesab edirəm ki, həm Neftçala rayonundan olmağım, həm də zaman-zaman keçirdiyim xeyriyyə tədbirləri ilə insanların rəğbətini qazanmağım uğurlu seçki mübarizəsi aparmağıma imkan verəcək".

Susana Məmmədova əmin olduğunu bildirib ki, hər bir seçki kimi növbədənkənar parlament seçkiləri də azad və ədalətli, demokratik şəraitdə baş tutacaq və seçici öz layiq bildiyi namizədə səs verərək onu qanunverici orqana seçəcək.

Məlumat üçün qeyd edək ki, Susana Məmmədova 1979-cu ildə Neftçala şəhərində anadan olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakultəsində ali təhsil alıb. Susana Məmmədovanın ana və ata babası da sovetlərin zamanında deputat olublar. İctimai Birlik sədrinin ata babası Muxtar Abseynov Neftçala şəhəri, Xıllı qəsəbəsinin Böyük Oryat kəndinin deputatı, ana babası Abasağa Hüseynov isə Neftçala şəhər sovetinin deputatı olub.

Nərgiz Əzizova
Xəbəri paylaş