Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkər bahalaşıb

Şəkər bahalaşıb


Cari ilin yanvar-may aylarında Qazaxıstanda şəkərin bahalaşması müşahidə edilib.

Newscenter.az “EnergyProm.kz” informasiya portalına istinadən xəbər verir ki, bu şəkər istehsalının azalması ilə bağlıdır. Belə ki, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə cari ilin eyni dövründə şəkər istehsalının həcmi 3,4 dəfə azalıb.

Bu ilin yanvar-aprel aylarında yerli şəkər zavodları 7,8 min ton şəkər istehsal edib ki, bu da 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 12,1 dəfə azdır. Bu dövrdə şəkər idxalı, əksinə, 15,3% artıb ki, bu da resursların ümumi həcmində öz payını dərhal 55,6%-dən 94,6%-ə yüksəldib.

Bundan əlavə, bu ilin dörd ayında şəkərin ixracı və təkrar ixracı 700 kq-dan 50,4 min tona yüksəlib. Amma daxili bazarda satış bir il ərzində 2,3 dəfə azalaraq 93 min tona düşüb.

Cari ilin may ayında şəkərin qiyməti 0,1% artıb. Martda şəkər 3%, apreldə isə 3,7% bahalaşıb.

Natiq Orucov
Xəbəri paylaş