Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDT böyük güc mərkəzinə çevrilir

TDT böyük güc mərkəzinə çevrilir


"Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə görüşü Şuşada iyun ayının 6-da keçirilməsi nəzərdə tutulur. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirakı gözlənilir. Türkdilli dövlətlərin birlik və həmrəylik göstərməsi, vahid platformada birlikdə dünyaya mesajlar verməsi və siyasi baxımdan cəsarət, iradə sərgiləməsi, deməyə əsas verir ki, təşkilat, üzv dövlətlərin cəmiyyətdəki mövqeyini özündə əks etdirir və cəmiyyətlərin təşkilata olan inamı artmaqdadır".

Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında dediyi sözlər, heç də təsadüfi sayılmamalıdır:

"O, Tütk Dövlətləri Təşkilatını vahid ailə olaraq təqdim etdi. Əslində Azərbaycan prezidentinin mesajı bir çox siyasi dairələrə mükəmməl şəkildə ifadə mesajıdır. TDT prespektiv baxımdan gələcəkdə həm siyasi, həm də iqtisadi baxımdan böyük güc mərkəzinə çevrilir. Həmçinin beynəlxalq səviyyədə, hüquq və prinsiplər əsasında təşkilat dünya ölkələri ilə birlikdə əməkdaşlıq edəcək. Ölkə başçısının bu istiqamətdə atdığı bütün addımlar, o cümlədən Şuşada keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü, ölkəmiz açısından böyük hadisədir. Bu həmçinin TDT ciddiliyini ortaya qoymaqla yanaşı, Şuşanın dunyada tanınması üçün vacib hesab olunan addımdır".

Anar Əliyev
Xəbəri paylaş