Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tələbələrin təqaüdləri artacaq

Tələbələrin təqaüdləri artacaq


2024-cü il sentyabrın 1-dən kollec və universitet tələbələri üçün təqaüdlərin artırılması nəzərdə tutulub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, baş nazir Oljas Bektenov bununla bağlı qərar imzalayıb.

Kollec tələbələri üçün təqaüdlər 50% artaraq işçilər üçün 43 574 tenge, orta səviyyəli mütəxəssislər üçün 41 896 tenge təşkil edəcək.

Bakalavr pilləsində təhsil alan tələbələrin təqaüdləri 20% artaraq 47 min 135 təngəyə, pedaqoji və tibb fakültələrinin tələbələrinin təqaüdləri isə 75 min 600 təngəyə yüksələcək.

İnternaturada təhsil alanlara 85 376 tenge, rezidenturada isə 123 122 təngə məbləğində təqaüd ödəniləcək.

Magistratura və doktorantlar üçün təqaüd 15% artırılacaq, onun məbləği müvafiq olaraq 107 061 tenge və 240 000 tenge təşkil edəcək.

Natiq Orucov
Xəbəri paylaş